Niderland soyqırımına görə üzr istədi

Niderland soyqırımına görə üzr istədi
# 12.07.2022 08:29
# 112

08:16

90
253
Niderland soyqırımına görə üzr istədi
Niderland 27 ildən sonra Srebrenitsa qurbanlarının ailələrindən üzr istəyib.

Müvafiq bəynatla Bosniya və Herseqovinadakı faciənin ildönümündə Potoçari Memorial Qəbiristanlığındakı məramsimə qatılan Niderlandın müdafiə naziri Kaysa Ollonqren çıxış edib.

O, baş verənlərin günahkarının Bosniya serbləri olduğunu bildirib.

Nazir həmçinin niderlandlı hərbçilərin vəzifələrini yerinə yetirmək və müdafiəsiz insanlara kömək etmək üçün əllərindən gələni etdiklərini deyib.

Qeyd edək ki, Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada 11 iyul 1995-ci ildə minlərlə insan qətlə yetirilib. Müharibədən sonra kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında xüsusi mərasimlə dəfn edilir. Builki mərasimdə şəxsiyyətləri müəyyən edilən daha 50 soyqırım qurbanı dəfn olunub. Bununla da Srebrenitsa qurbanlarının sayı 6721-ə yüksəlib.

Mənbə: Haber Global

#