"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi

"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi
# 14.10.2022 11:12
# 87

Dünən Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Carci.Tv xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, görüş qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Frayburq" pley-offa vəsiqə qazanıb.

13 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 4-cü tur

G qrupu

20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) - 0:0
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya) - 0:4

Qol: Kubler, 26, Qriqorits, 71, Şade, 82, Yonq Vo-Yonq, 87

#