“Qarabağ”da şok zədə: Əməliyyat olunacaq Şahruddin neçə ay oynamayacaq? - YENİLƏNİB

“Qarabağ”da şok zədə: Əməliyyat olunacaq Şahruddin neçə ay oynamayacaq? - YENİLƏNİB
# 17.01.2023 08:03
# 13

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.


Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:

“Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq”.

Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.

21:47

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

“Qafqazinfo” xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

#