“Türk Hava Yolları” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən verilən məlumata görə, “Boeing B737” təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.
Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.
Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Cəmiyyət

Twitter”də böyük mətnlər paylaşmaq mümkün olacaq

WhatsApp”da yeni funksiya peyda olub

Bakıda magistral su xəttinin partlamasına görə bəzi avtobusların hərəkət istiqaməti DƏYİŞDİRİLDİ
