Qırx dərəcə isti və şərq küləyi - Sabahın HAVA PROQNOZU

Qırx dərəcə isti və şərq küləyi - Sabahın HAVA PROQNOZU
# 01.09.2022 16:04
# 110

Azərbaycan ərazisində sentyabrın 2-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 35-40°, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacaq.

#