Rəşad Dağlı qətl törədib

Rəşad Dağlı qətl törədib
# 09.11.2022 08:24
# 42

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

“Report”un əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü meyxanaçı İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürməkdə ittiham olunur.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

#