Salyanda qəza zamanı sürücü ölüb

Salyanda qəza zamanı sürücü ölüb
# 17.07.2022 08:19
# 173

Carçı Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonuun Xalac kəndi ərazisində qeydə alınıb.
Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#