Sumqayıtda itkin düşən yeniyetmə qız tapıldı

Sumqayıtda itkin düşən yeniyetmə qız tapıldı
# 28.07.2022 11:00
# 90

İki gün əvvəl Sumqayıtda itkin düşən 13 yaşlı Məryəm İsmayılova tapılıb.

Bu barədə Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsindən məlumat verilib.

Qurumdan Məryəmin dünən axşam tapılıb ailəsinə təhvil verildiyi bildirilib.

Xatırladaq ki, Məryəm İsmayılova çərşənbə axşamı saat 11 radələrində xalası onu müəllim yanına hazırlığa apardıqdan sonra yoxa çıxmışdı.

#