Taliban” Əfqanıstana ordu yeritmiş ölkələrdən kompensasiya tələb edir

Taliban” Əfqanıstana ordu yeritmiş ölkələrdən kompensasiya tələb edir
# 18.10.2022 07:36
# 17

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı SSRİ və NATO-nun ölkənin ekologiyasına vurduğu ziyana görə kompensasiya tələb edir.

Bu açıqlama ilə “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Məhəmməd Abbas Stanikzai çıxış edib.

O, bu barədə Əfqanıstanda iqlim həftəsi münasibətilə keçirilən tədbirdə deyib.

Məhəmməd Abbas əlavə edib ki, təxminən 50 ilə yaxın davam edən müharibələr zamanı istifadə edilən kimyəvi silahların və hava bombalarının təsirindən Əfqanıstanda ekoloji vəziyyət ürəkaçan deyil, əfqanlar arasında isə digər ölkələrlə müqayisədə xərçənqdən ölüm halına daha çox rast gəlinir.

Mənbə: Sputnik Əfqanıstan

#