zərərçəkmiş Məmməd İsmayılovdur. Onun sözlərinə görə, işgəncələrdən sonra onu sərəncama göndəriblər. 2018-ci ilin avqustuna qədər sərəncamda qalıb. O dövrdə işinə qayıtmaq istəsə də, cəhdləri nəticə verməyib: “Onda çalışdım ki, heç olmasa, iş zamanı xəsarət almağım haqda arayış əldə edim. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar. Babək Səmidli (polkovnik Səmidli 2020-ci ilin noyabrda minaya düşərək həlak olub) də neçə dəfə söz verdi, yerinə yetirmədi…”
Xatırladaq ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.
“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.
Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.
Tərtər İşgəncələri”ndə hərbi prokurorluğun müstəntiqləri də iştirak edirdi - MƏHKƏMƏDƏ TÜKÜRPƏDİCİ FAKTLAR AÇIQLANDI

İdman

Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb - FOTO

Müxalifət iqtidarı iqtidarda saxladı və ya Ərdoğanın qarşısındakı çətin 5 il
