Türkiyədə gəminin pəri 18 yaşlı gəncin ayağını qopardı

Türkiyədə gəminin pəri 18 yaşlı gəncin ayağını qopardı
# 17.08.2022 09:18
# 83

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda gəminin pəri 18 yaşlı gəncin ayağını qoparıb.

Sahildən yola düşməyə hazırlaşan tur gəmisinin kəndiri başqa bir tur gəmisinin kəndirinə dolaşıb. Gəmidə işləyən Yaşar Görer adlı gənc kəndirləri açmaq üçün dənizə girib. Bu vaxt hərəkətə başlayan qayığın pəri Görerin sağ ayağına dəyib. Gəncin ayağı topuqdan qopub.

Görer öz imkanları ilə dənizdən çıxa bilib. Ayağın qopmuş hissəsi isə gəmi işçiləri tərəfindən sahildən 30 metr aralıda tapılıb.

Zərərçəkən gənc xəstəxanaya aparılıb və ayağının qopmuş hissəsi əməliyyatla yerinə tikilib.

Görerin səhhətinin yaxşı olduğu bildirilib.

#