Türkiyədə Meşə Yanır

Türkiyədə Meşə Yanır
# 16.07.2022 13:12
# 138

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Yerli vaxtla saat 10 radələrində başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

Yanğının baş verdiyini görənlərin xəbərdarlığı ilə bölgəyə dörd yanğınsöndürən helikopter, 10 yanğınsöndürən maşın və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.

Səbəbi hələ müəyyən edilməyən yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir, kənd sakinləri də qruplara dəstək verirlər.

#