Türkiyədə narkotik tacirləri maketi gerçək sanıb özlərini ələ verdilər

Türkiyədə narkotik tacirləri maketi gerçək sanıb özlərini ələ verdilər
# 12.11.2022 07:50
# 13

Türkiyənin Ankara şəhərində yol kənarında olan polis maşını maketinin gerçək olduğunu sanan narkotik alverçiləri özlərini ələ veriblər.

Belə ki, onlar maketi görən zaman avtomobili döndərib geri qayıtmağa çalışıblar. Bunu müşahidə edən şəxs şübhələnərək polisə xəbər verib.

Polisin “Saxla” xəbərdarlığına əməl etməyən sürücü təqib edilərək saxlanılıb.

Nəqliyyat vasitəsindən iki torbada 28 min narkotik həb və müəyyən miqdarda metamfetamin götürülüb. Avtomobildə olan üç nəfər tutularaq polisə təslim edilib.

Mənbə: DHA

#