Xaçmazda avtomobil ana və qızını vurub

Xaçmazda avtomobil ana və qızını vurub
# 22.08.2022 09:49
# 70

Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dmitri qızı Barinovanı vurub.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#