Yardımlı rayonunda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramil Şamil oğlu Şükürov avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində Ramil Şükürov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şükürova Çiçək Ümidvar qızı və azyaşlı övladları 2013-cü il təvəllüdlü Şükürova Ramina Ramil qız xəsarət alıblar.
Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.
Hadisənin təfərrüatı araşdırılır.
Yardımlıda avtomobil dərəyə aşıb, bir ailənin 3 üzvü xəsarət alıb

İdman

Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb - FOTO

Müxalifət iqtidarı iqtidarda saxladı və ya Ərdoğanın qarşısındakı çətin 5 il
