Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar -

Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar -
# 12.01.2023 07:38
# 15

Prokurorluq və polis əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

10:48, 11 yanvar

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib.

Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib.

Daha sonra evin birinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub.

#